Bu günə xəbərlərin oxunma sayı: 713
— 25.08.2015 18:27

Tovuzda 100-ə yaxın sürücü saxlanıldı

Son zamanlar qəzalara səbəb olan nasaz avtomobillər həm də atmosferi çirkləndirir. Mövcud problemi aradan qaldırmaq üçün Tovuzda reyd keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Tovuz Yol Polis Bölməsi əməkdaşları birgə təşkil etdiyi reyd, rayonun mərkəzi küçəsində, avtomobillərin sıx hərəkət etdiyi ərazidə reallaşıb. Yoxlamalar zamanı atmosferi çirkələndirən, sənədləri qaydasında olmayan, arxa və yan şüşələri həddindən artıq işıq keçirməyən avtomobil sürücüləri aşkarlanıb. Bildirilib ki, nasaz və normativlərə cavab verməyən nəqliyyat vasitələri daha çox keçmiş sovet istehsalı olanlardır.

Misir Quliyev-Tovuz DYP-nın rəisi: 100-ə yaxın sürücü saxlanılıb, 30 inzibati protokol tərtib edilib.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz ediblər. "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.