• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 24.09.2014 18:46

Bərdədə 25 yaşlı qadın doğuş zamanı həyatını itirib

Yevlax rayon sakini, 25 yaşlı Aynur Məhərrəm qızı Manafova dünən günün ikinci yarısında Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.Gecə saatlarında o, qeysəriyyə əməliyyatı zamanı həyatını itirib. Uşağın həyatını xilas etmək mümkün olub. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.