• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 14.09.2014 22:56

Keyfiyyətsiz tərtib olunan kitabların sağlamlığımıza hansı zərəri var?

Kitabı alırıq həvəslə oxumaq üçün bir neçə səhifə oxuduqdan sonra ya gözümüz yorulur, ya da ki, vərəqləri qopub tökülür. Bu təbii ki, yaxşı olmayan tərtibatdan xəbər verir. Bəs səbəblər nədir?

Həmin dəyərləri elə dəyərli kitablardan öyrənsək daha yaxşı olar. Son zamanlar çap olunan ədəbiyyatların isə nə gözyorucu şriftləri, nə də ki, məzmunla uzlaşmayan üz qabıqları mükəmməl tərtibatdan xəbər vermir. 
Kitab alarkən ilk diqqətimizdə olan müəllif və onun əsəridirsə, oxuduqca hər detala fikir veririk. Xüsusilə də onun kağızına, içindəki yazı formatına, ən əsası üz qabığına. Əslində sadaladığımız ünsürlər kitabın oxunmasına təsir edən amillərdir. Bir neçə səhifə oxuduqdan sonra vərəqləri qopub tökülən və yazıları aydın seçilməyən kitab oxumağa çətinlik törədir. Kitabların yığılmasında əsasən iki üsuldan istifadə olunur ki, bunlardan biri tikmə üsuludur. Bu üsul ən yaxşısıdr. Tikilən kitablar daha möhkəm və daha davamlı olur. Termokleylə yapışdırılan yapışqanlı kitablar isə nisbətən keyfiyyəti aşağı olanlardır. Bəs nəşriyyat işçiləri keyfiyyətsiz nəşrlərlə bağlı hansı fikirdədirlər?! Gəncə Poliqrafiya ASC-nin icraçı direktoru Qurban Bayramovla müsahibəmizdən bəlli oldu ki, əslində problemlər kitab müəlliflərindədir.
Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsimzi öldürmür, gözlərimizin nurunu korlayır. Oftolmoloqların fikrincə tərtibatı bərbad kitabların böyüklərdən çox uşaqların gözlərinə zərəri var.
Belə bir deyim var “Kitab tərtibatı klassik musiqi kimi bir şeydir, onu hər adam başa düşmür”. Ola bilər ki, başa düşənlərin sayı az olsun cazsevərlərin sayı kimi... Amma o sıradan deyil. Bizim düşünən başlarımızın sayıdır. Ona görə də həmin zəkaya və həmin saya, ən əsası peşəmizə və peşəkarlığımıza hörmət olaraq, irsimizi və tariximizi gələcəyə çatdıran kitablarımızın ən azından özlərinin sabaha çatması üçün bir az əmək sərf etməliyik.

Zülfiyyə Telmanqızı