Bu günə xəbərlərin oxunma sayı: 708
— 21.08.2015 23:29

Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi baş verib

Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə axşam saat 10 radələrində baş verib. Bakı şəhər sakini 54 yaşlı İdris İsmayılovun idarə etdiyi "Qazel" markalı yük maşını ilə "VAZ" 2107 markalı avtomobil toqquşub. Yaralı İdris İsmayılov döş qəfəsinin küt travması və qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.