Bu günə xəbərlərin oxunma sayı: 707
— 21.08.2015 17:44

Şəkidə zəhərlənmə faktı qeydə alınıb

Bu gün Şəkidə zəhərlənmə faktı qeydə alınıb. 17 yaşlı Aytac Balacazadə səhər saatlarında zəhərlənmə diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumatlara görə, o, dərmandan zəhərlənib. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir.