• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3601
— 21.08.2015 17:39

Ağdaşda zəncirvari avtomobil qəzası olub, 3 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələn avtomobil qəzası baş verib. Verilən məlumata görə, bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü İbrahim Eminovun idarə etdiyi 06-BD-721 dövlət nömrə nişanlı “QAZ-53” markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini 1976-cı il təvəllüdlü Rafiq Cavadovun idarə etdiyi 99-FN-760 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili ilə toqquşub. Sonra isə “KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn Gəncə sakini 1964-cü il təvəllüdlü Elman Ələsgərovun idarə etdiyi 90-RM-304 dövlət nömrə nişanlı “Mersedes” markalı sərnişin mikroavtobusu ilə toqquşublar. Hadisə zamanı sərnişin mikroavtobusunun iki nəfər, “KİA” markalı avtomobildə isə bir nəfər xəsarət alıb. Hadisə zamanı Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarət alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.