• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3601
— 21.08.2015 17:36

Tovuz polisi rayonda reyd keçirib

Avtoxuliqanlar, avtomobili sərxoş vəziyyətdə idarə edənlər və hətta sürücülük vəsiqəsi olmayan sürücülər. Təəssüf ki, yollarda bu cür qayda pozuntularına rast gəlinir. Qəribəsi də budur ki, yol polisi ilə ən çox mübahisə edənlər də məhz qaydanı pozanlar olur. Tovuz polisi rayonda reyd keçirib. 3 saatlıq yoxlamalar zamanı 100- dən çox avtomobil saxlanılıb.

Reyd zamanı avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlara da rast gəlinib. Cərimə edilənlər arasında avtomobilin nəinki arxa və yan, hətta ön şüşəsi tünd rəngdə olanlar da tapılıb.

Sürücülük vəsiqəsi olmayan, nəqliyyat vasitəsində ayaq üstə sərnişin daşıyanlar da üzə çıxıb. 10-a yaxın sərnişin aparan bu gənc sürücü isə özünün dediyinə görə hələ sürücülük kursunda oxuyur.

Tovuzun dağ kəndlərindən istirahətdən qayıdan sürücülər arasında isə sərxoşlar da olub. Baxmayaraq ki, onlar özlərini sərxoş hesab etmirlər. Buna görə də bəziləri heç polisin saxla əmrinə tabe olmağı da lazım bilməyib. Bütün qanun pozuntuları halları ilə bağlı protokollar tərtib edilib. Amma, bu hələ son deyil. Yol polisi bildirir ki, reydlər davam etdiriləcək.

Rahim İbrahimoğlu