• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3534
— 21.08.2015 12:40

Dostları ilə bostana gedən 18 yaşlı gənci ilan vurdu

Hadisə Tovuzun Mülklü kəndində, baş verib. Kənd sakini 18 yaşlı Yusif Qasımov iri qarpızı dərmək istəyərkən bitkinin altında qıvrılan ilan onun sağ əlindən dişləyib. Zərərçəkən dərhal ətrafdakıların köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlan zəhəri əleyhinə zərdab vurulan gəncin vəziyyətini həkimlər kafi qiymətləndirir.  Qeyd edək ki, iyul -avqust ayları ərzində Tovuzda 20-ə yaxın rayon sakinini ilan sancıb. Sürünənlərin hücumuna daha çox açıq sahələrdə işləyənlər məruz qalıb.