• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 24.09.2014 10:05

Gəncə Dövlət Dram Teatrı 120-ci mövsümünü açıb

Teatrsevərlərə İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşası təqdim olunub.

Tamaşada vətənpərvər,  elinə-obasına bağlı, öz sevgisinə və məhəbbətinə sadiq bir universitet tələbəsindən bəhs edilir.

Əli Qasımov- Gəncə Dövlət Dram teatrının direktoru: “Sevgi macəraları yaşanmaq üzrə olur və həmin gənclərin yaş senzi həmin dövrə təsadüf edir və tələbə olarkən tələbə dostlar arasında müəyyən məhəbbət yaşanır və axırda bunlara valideynlər mane olmağa çalışsalar da onların sevgiləri qalib gəlir”.

7 aktyorun rol aldığı səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, rejissoru Novruz Cəfərovdur. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Mehman Abbaszadə