• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3388
— 20.08.2015 19:50

Goranboy və Xaçmazda yol qəzaları baş verib

Ötən gün axşam saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Xaçmaz istiqamətində hərəkətdə olan Quba rayon sakini Rəşad Seyidbabayevin idarə etdiyi “BMW” markalı avtomobil qarşıdan gələn “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Lakin toqquşmadan sonra “Mercedes” markalı avtomobil alışıb və ərazidə güclü yanğın baş verib. Hadisə yerinə FHN-nin Xaçmaz DYMH-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Goranboyun Dəliməmmədli şəhərində yol qəzası baş verib. “Mercedes” markalı avtomobil öndə olan Samux rayonu Qarayeri qəsəbə sakini, 40 yaşlı Siyavuş Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı maşına çırpılıb. Hadisə nəticəsində “NAZ Lifan”ın sürücüsü yüngül bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər TTYX-na çatdırılıb. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib, daha sonra o, ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.