• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 24.09.2014 11:00

Düşmən gülləsinə tuş gəlmiş əsgərimiz torpağa tapşırıldı

Ötən gün erməni silahlı bölmələrinin atəşkəsi növbəti dəfə pozması nəticəsində düşmən tərəfindən atılan snayper atəşindən həlak olan Silahlı Qüvvələrimizin 19 yaşlı əsgəri Ağstafa rayonundan hərbi xidmətə çağırılmış Kəramət Şəbiyev bu gün torpağa tapşırılıb. Əsgər yaşadığı Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn edilib. Kəramət Şəbiyev ailənin 2-ci oğlan övladı olub.