• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3372
— 19.08.2015 18:02

Zaqatalanın otlaq sahələrində yanğın qeydə alınıb

Zaqatalanın Aşağı Tala kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus fındıq bağları, otlaq sahələri və kol-kos olan ərazidə, yanğın qeydə alınıb. Hadisə yerinə  FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində bir neçə Aşağı Tala sakininə məxsus 2 hektar fındıq bağı, 4 hektar quru ot sahəsi, yol kənarındakı kol-kos və ağaclar, ərazidə olan 300-ə yaxın quru ot bağlaması yanıb.