• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 24.09.2014 09:20

Gəncədə külək fəsadlar törədib

Bu gün günorta saatlarından başlayaraq Gəncədə əsən güclü külək şəhərin bəzi küçələrində fəsadlara yol açıb. Külək Cavad Rəfibəyli küçəsində iri gövdəli ağacı kökündən qopararaq aşırıb. Xoşbəxtlikdən həmin vaxt yaxınlıqda heç kim olmayıb. Güclü külək şəhərin elektrik və qaz təsərrüfatında elə bir ciddi problemlər yaratmayıb. Ancaq sözügedən küçədə nəqliyyatın hərəkəti müvvəqqəti olaraq dayanıb. Hazırda aidiyyatı strukturlar müvafiq tədbirlər həyata keçirirlər. 

Tural Atakişiyev sakin: - “Biz uzaqdan gəlirdik. Birdə gördük ki külək ağacı aşırdı. Yaxınlıqda heç kim yox idi. Ona görə də heç kimə zərər yetirmədi.”