• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4638
— 19.08.2015 14:18

Şəmkir və Yevlaxda baş verən yol qəzalarında xəsarət alanar var

Şəmkirdə mikroavtobus qəzaya uğrayıb.  4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yevlaxda baş verən qəza isə xəsarətsiz ötüşüb.

Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Gəncə sakini Oktay Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən ikinci dərəcəli yoldan əsas yola çıxan Şəmkir sakini Novruzəli İbrahimovun idarə etdiyi "Qazel" markalı mikroavtobusla toqquşub. Nəticədə "Mercedes"də olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. “Qazel”də tək olan sürücü hadisədən xəsarətsiz ötüşüb. Qəzadan sonra sürücülər arasında insident yaşanıb. Vəziyyətlə bağlı əraziyə əlavə polis qüvvəsi çağırılıb.

Yevlax rayonu ərazisində də yol qəzası baş verib. Mingəçevir şəhəri istiqamətinə hərəkət edən “Daewoo Neksia” markalı avtomobilin  sürücüsü idarəetməni itirib. Mingəçevir şəhər sakini Aftandil Adışirin oğlu Quliyevə məxsus avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.Hər iki faktla bağlı araşdırma  aparılır.