• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 24.09.2014 10:49

Göygöldə əkin sahələrinin daha yaxşı suvarılması istiqamətində aparılan işlər intensiv olaraq davam etdirilir

Göygöl Suvarma Sistemləri tərəfindən bu məqsədlə bütün lazımi tədbirlər həyata keçirilir.

Göygöl Suvarma Sistemləri İdarəsi balansında olan su nasos stansiyalarının təmirinə başlayıb. Qurumun balansında olan 10 su nasos stansiyasından artıq 4-də təmir işləri aparılır. Əsas məqsəd əhaliyə keyfiyyətli xidmət göstərmək və vətəndaşların əkin sahələrini vaxtında suvarmasını təmin etməkdir.

Natiq Məmmədov- Göygöl Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: “Göygöl Suvarma Sistemləri İdarəsində 10 nasos stansiyası var. Hal- hazırda 4-ü təmir edilir. Hazırda Çaylı nasos stansiyasında görürsüz ki, təmir işləri aparılır. Topalhəsənli 1, Topalhəsənli 2, Topalhəsənli 3 nasos stansiyalarında işlərimiz davam edir. Topalhəsənli 1  və 2 nasos stansiyasında işlər yekunlaşdırılmaq üzrədir.”

Payız mövsümündə çaylarda sululuğun artması nəzərə alınaraq qurum tərəfindən sel və daşqınların qarşısının alınması istiqamətində də geniş tədbirlər həyata keçirilir. Daşqın və sel sularının intensiv olduğu ərazilərdə bənd salma işləri həyata keçirilir.

Natiq Məmmədov- Göygöl Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: “Dozular dediyimiz ərazi Kürəkçaya yaxın olduğu üçün ora uçqun  ərazidir və yağış sel suları daha çox olduğu üçün daha güclü nəzarət edirik. Ümumilikdə hər bir axar çayın qarşısında ekskovatr və digər texnikalarımız var və baş verə biləcək sel və daşqınların qarşısını almaq üçün bütün imkanlarımız yetərincədir”.

Göygöl Suvarma Sistemləri İdarəsi ümumilikdə 12 500 ha əraziyə xidmət göstərir.

İlham Məmmədzadə