• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 18.08.2015 16:03

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Təmiz Hava Aylığı” çərçivəsində növbəti reydini keçirib

Yoxlamalar zamanı əsasən keçmiş sovet istehsalı olan avtomobillərdə ekoloji  tələblərin pozulması halları aşkarlanıb.

Reyd zamanı ümumilikdə yol polisi və 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən 60-a yaxın avtomobilə baxış keçirilib. Yoxlamalar zamaı atmosfer havasına normadan artıq zərər verən nəqliyyat vasitələrinin sürücüləri inzibatı məsuliyyətə cəlb olunub. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Knyaz Orucov bildirib ki, reydlərə avqust ayının 1-dən start verilib və ayın sonuna qədər davam edəcək.

Knyaz Orucov  - Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı: "Nəqliyyat vasitələri sürücülərinə və avtomobil nəqliyyatı müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırıram ki, istifadələrində olan nəqliyyat vasitələrinin mühərrikini tənzimləyərək saz vəziyyətə gətirsinlər. Əks təqdirdə belə nasaz avtomobilləri idarə edən sürücülər və eləcə də ekoloji qanunvericiliyi pozan nəqliyyat vasitələrini xəttə buraxan hüquqi və fiziki şəxslər qanunvericilikdə göstərilən qaydada cərimələnəcəklər".

Reyd zamanı qanunda nəzərdə tutulmayan pərdə və plyonkadan, eləcə də səsgücləndirici siqnallardan istifadə edən sürücülər də aşkar edilərək inzibati qaydada cərimələnib.

Xaliq Qurbanlı