• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 18.08.2015 15:57

Tovuzda və kürdəmirdə yanğın hadisələri baş verib

Tovuzda toy məclisinə gedən ailə şənliyi yarımçıq tərk edib. Səbəb onlara məxsus evdə qəfildən yanğının baş verməsi olub. Hadisə Eldar Abdıyeva məxsus ümumi sahəsi 268 kv.m olan birmərtəbəli 5 otaqlı yaşayış evində qeydə alınıb. Qonşular evdən tüstü çıxdığını görüb ev sahiblərinə xəbər veriblər. Yanğınsöndürənləri də əraziyə onlar çağırıb. Yanğın Nəsimi küçəsinin sakinlərini çox həyəcanlandırıb. Bu küçədə mənzillər bir-birinə yaxın yerləşdiyindən alovun digər evlərə keçməsi təhlükəsi yaranıb. Amma, Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları iki yanğınsöndürən maşının köməyi ilə alovu ram edə biliblər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.

Kürdəmir rayonunun Atakişilli kəndində Elnur Hacıyevə məxsus həyətyanı sahədə yanğın olub. Yanğın həyətdəki tullantılardan başlayıb. Kürdəmir Rayon Yanğından Mühafizə İdarəsinin maşını əraziyə cəlb olunub. Yanğının qarşısı alınıb.