• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4184
— 12.08.2015 23:22

Bu ilin yay aylarında qeyri-çimərlik ərazilərdə boğulma faktlarının sayı artıb

Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası əhaliyə xəbərdarlıq edərək xilasetmə xidmətinin olduğu çimərliklərdə istirahət etməyi məsləhət görür. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran Xilasetmə Məntəqəsindən aldığımız məlumata əsasən, bu il Lənkəranda çimərlik mövsümü başlayandan indiyə  kimi 20 nəfər xilas edilib. Həmin şəxslərin 90%-ni azyaşılılar təşkil edir. Qeyri çimərlik ərazilərdə isə ölümlə nəticələnən 5 boğulma faktı qeydə alınıb ki, bunun  da 3-ü 17-18, 1-i 28, digəri isə 65 yaşında olan şəxslərdir.