• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 12.08.2015 23:17

Şəkidə iki azyaşlı uşağı it dişləyib

Ötən gün axşam saatlarında Şəkidə iki azyaşlı uşağı it dişləyib. Şəkinin Ruhulla Axundov küçəsi ev 28 ünvanında yaşayan 9 yaşlı Nurlan Abdullayev itdişləmə nəticəsində sol əlinin sıyrılmış yara diaqnozu ilə xəstəxanaya daxil olub. Digər zərərçəkən isə Şəkinin Aşağı Göynük kənd sakini 7 yaşlı Zeynəb İbrahimxəlilova olub. İt Zeynəbin əllərinə və sol dizinə xəsarət yetirib. Hər iki azyaşlıya lazımi tibbi yardım göstərilib və sonra evə buraxılıblar.