• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4181
— 12.08.2015 15:02

Gəncədə 2 avtomobil toqquşub, Göygöldə isə 21 yaşlı qızı maşın vurub

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Göygöldə isə 21 yaşlı qızı maşın vurub.

Gəncənin Məhsəti qəsəbəsinə gedən yolda iki avtomobilin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində  "VAZ-2106" markalı avtomobilin sürücüsü Şəmkir rayon Könüllü kənd sakini 60 yaşlı Sərdar İsmayılov ağır bədən xəsarətləri alıb. O, sifətin çoxsaylı kəsilmiş yaraları və sağ qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər TTYX-na çatdırılıb. Qəzada iştirak edən digər avtobomildə olan sürücü və sərnişinlərdən xəsarət alan olmayıb. İlkin ehtimala görə VAZ-2106-nın qəflətən baş yola çıxması hadisəyə səbəb olub.

Göygöl rayonunda piyadanı maşın vurub. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Rayon sakini Binəli Tapışanov idarə etdiyi “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 21 yaşlı Aytac Abdullayevanı vurub. O, müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunsa da, bir neçə saatdan sonra dünyasını dəyişib.Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.