
Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Rayon sakini Binəli Tapışanov idarə etdiyi “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 21 yaşlı Aytac Abdullayevanı vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal əməliyyata götürülən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 432