Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. 7 dekabr tarixində Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə edilib. Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirov olub.
Əsirlikdən qurtarılan azərbaycanlı hərbçilər ailəsinə təhvil verilib
Ermənistanda əsir saxlanılan və saxta ittihamlarla həbs edilən hərbçi Hüseyn Axundov, eləcə də Aqşin Bəbirov müvafiq tibbi müayinədən sonra artıq evlərindədir. Ailələrinin yanına qayıdıblar.
- Baxış: 163