• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1746
— 11.08.2015 17:32

Zaqatala və Mingəçevirdə ağır yol-nəqliyyat hadisələri qeydə alınıb

İki nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zaqatalada baş verən qəza can alıb. Hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Mamrıx kənd sakini Qəhrəman Canayev idarə etdiyi avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər. Onlardan Şərqiyənin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Toyota Prado" markalı minik avtomobilinin sürücüsü, Yevlax rayonu Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Vidadi Cəfərov avtomobili arxaya verərkən yolu keçmək istəyən Nigar Rəfibəyli küçəsində yaşayan, Mingəçevir şəhər sakini, 1952-ci il təvəllüdlü Məhəbbət  Qurbanovu vurub. Avtomobil piyadanın üstündən keçib. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə göndərilib. Sürücü Vidadi Cəfərov saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.