Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. Bundan başqa, o qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir. Ağdamda "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq.
- Baxış: 129