• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 12.12.2023 15:44

Gələn ilin martında yeni qatarlar istifadəyə veriləcək

“Stadler” şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq 10 qatar ölkəyə gətiriləcək. Onlardan 4-ü bu ilin sonuna qədər təhvil veriləcək. Hazırda qatarlardan biri Bakıdadır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib. “Altı qatarın istehsalı ilə bağlı isə son işlər görülür. 2024-cü ilin sonuna kimi onlar da ölkəmizə təhvil veriləcək. Ölkəmizə gələn 4 qatar isə son sınaqlardan sonra 2024-cü ilin mart-aprel ayında istifadəyə veriləcək. Bakı-Ağstafa reysində bu yeni qatarlardan istifadə ediləcək. Rövşən Rüstəmov Qarabağda “Azərbaycan Dəmir Yolları” tərəfindən həyata keçirilən iki layihədən də danışıb.