• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 10.08.2015 22:26

Gədəbəy rayonunda iki avtomobil toqquşub

Gədəbəy rayonunda axşam saat 7 radələrində yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində 30 yaşlı rayon sakini Ramin Abdullayev xəsarət alıb. İlk olaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralı, daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Burun sümüyünün sınığı və qanaxması diaqnozu ilə xəstəxanaya daxil olan yaralıya lazımı tibbi yardım göstərilib. Vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.