• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 11.12.2023 16:14

Valideynlərə qızılca ilə bağlı çağırış

KepezTV Player

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı valideynlərə çağırış edilib. Bildirilib ki, qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır. Xəstəliyə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir. Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar. Qızılcanın qarşısını peyvənd olunaraq almaq mümkündür.