• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 11.12.2023 16:07

Qida məhsullarının yoxlanması üçün yeni laboratoriya

KepezTV Player

Gəncə Regional Sınaq Laboratoriyasında ölkədə istehsal edilən qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. 

Fərid Abbasəliyev- Gəncə Regional Sınaq Laboratoriyasının müdiri: “Laboratoriya bölgədə qida təhlükəsizliyi istiqamətində müayinələrin aparılması, tələbatın olması, bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb. Gəncə Regional Sınaq Laboratoriyası müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malikdir”.

Laboratoriya yaradılanadək qərb bölgəsində bitki və heyvan mənşəli məhsullar Göygöl və Tovuzdakı yoxlama məntəqələrinə göndərilirdi.  Bu isə vaxt baxımından məqbul hesab edilmirdi.

Fərid Abbasəliyev- Gəncə Regional Sınaq Laboratoriyasının müdiri: “Laboratoriyada ölkəmizdə istehsal edilən eləcə də idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin müayinələri beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir. Müayinələrin hər birinin ayrıca bir inkubasiya müddəti və çıxma müddətləri var ki, müvafiq olaraq nəticələrin cavabları bildirilir”.

Bu laboratoriyadan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ümumilikdə 17 laboratoriyası fəaliyyət göstərir.

Elnur Vahidoğlu