KepezTV Player
Serbiyanın Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət qəbul olunub.
Prezidentlərin geniş tərkibdə görüşü keçirilib
Daha sonra prezidentlərin birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan və Serbiya Prezidentləri hərbi texnika və avadanlıqlara baxıblar.
- Baxış: 179