• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 10.08.2015 17:41

Lənkəranda və Ağstafada yanğın hadisələri qeydə alınıb

Lənkəranda heyvandarlıq kompleksində güclü yanğın baş verib. Hadisə zamanı yanğınsöndürən Elxan Quliyev tüstüdən boğularaq xəstəxanaya yerləşdirilib.  Ağstafada isə rayon sakininə məxsus həyət evində yanğın qeydə alınıb.

Ötən gün Lənkəran rayonunun liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində güclü yanğın baş verib. Ümumi sahəsi 2 min kvadrat metr olan fermada yanğın ot tayasının saxlandığı anbardan başlayıb. Yanğının miqyası sürətlə genişləndiyindən hadisə yerinə FHN-nin Lənkəran, Astara və  Masallı rayon dövlət yanğından mühafizə hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və 50-dək canlı qüvvəsi cəlb edilib. Məlumata görə, ümumilikdə 90 tona yaxın quru ot yanaraq sıradan çıxıb. Həmçinin qatı tüstü səbəbindən kompleksin quşçuluq təsərrüfatında xeyli sayda toyuq-cücə də boğularaq tələf olub. Yanğının söndürülməsində iştirak edən FHN əməkdaşı Elxan Quliyev də tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkim briqadası ona ilkin tibbi yardım göstərib. Daha sonra zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

 

Ağstafada da güclü yanğın baş verib. Hadisə rayonun Qırılı kəndində Tahir Tanrıquluyevə məxsus həyətdə qeydə alınıb. Köməkçi tikilinin dam örtüyünün alovlanması qonşuları, ev sahiblərini həyəcanlandırıb. Sakinlər yanğını söndürməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Hadisə yerinə Ağstafa YMH-nın avtomobil və canlı qüvvəsi çağrılıb. Yaxınlıqda olan ekskavator da baş verən yanğının qarşısını almaq üçün əraziyə gətirilib. Alov ram edilib və qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 9 ton ot bağlaması yanaraq yararsız hala düşüb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.