KepezTV Player
"Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır". Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində deyib. A.Kərimov bildirib ki, "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını daşımaq çox şərəfli və qürurverici idi.
- Baxış: 145