• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 10.08.2015 17:02

“Təmiz hava” aylığı çərçivəsində Qazaxda və Samuxda reydlər keçirilib

Nasaz avtomobillər qəzalara səbəb olmaqla yanaşı həm də, atmosferi çirkləndirir. Sovet istehsalı olan maşınlarda belə hallara daha çox rast gəlinir. Bu cür avtonəqliyyat vasitələrini aşkara çixarmaq üçün Samux və Ağstafada reyd təşkil edilib.

"Təmiz hava" aylığı çərçivəsində Samux rayon Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. Reyd vaxtı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib. Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərdən ixrac edilən dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

S.N. Azər Mehdiyev Samux Rayon DYP-nin baş inspektoru. "Hardasa 25 yaxın avtomobil saxlanıldı, onlardan nasaz olanlarına inzibati protokollar tərtib olundu. Əsasən dəm qazının artıq normada havaya buraxılması ilə bağlı mühərriyi açıq olan nəqliyyat vasitələrinə cərimələr yazıldı, sürücülərə nasazlığın aradan qaldırılması ilə əlaqədar müəyyən tapşırıqlar verildi".

Qazaxda aparılan yoxlamalar zamanı isə 40 avtomobil saxlanılıb ki, bununda 20-də havaya atılan dəm qazının miqdarı normadan artıq olub. Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz edərək polisdən cərimə yazmamağı tələb ediblər. Bəziləri isə avtomobillərdə bu cür problemlərin yaranmasını yanacağın normaya uyğun olmamamsı ilə əlaqələndiriblər.

"Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.