• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 10.08.2015 16:58

Lənkəranda bədbəxt hadisə baş verib

17 yaşlı gənc Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.  Şahidlərin sözlərinə görə, ölüm hadisəsi  ötən gün saat 16:45 radələrində baş verib. Lənkəran rayonunun Mamusta kənd sakini Cavid Əlizadə dostu ilə birlikdə Xəzər dənizinin rayonun Siyavar kəndi  ərazisindən keçən hissəsində çimərkən  batıb. Cəsədin axtarışı Fövqəladə  Hallar  Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılır. Axşam  saatlarına qədər meyidin sudan çıxarılması üçün  tədbirlər görülüb. Meyidi tapmaq hələ ki, mümkün olmayıb.