• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 10.08.2015 16:52

Şəki sakinini elektrik cərəyanı vurub

Hadisə gecə saat 1.10 radələrində qeydə alınıb. Şəkinin Kiş kənd sakini 16 yaşlı Ramin Əhmədov cərəyan vurma diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan alınan məlumata görə, zərərçəkən evdə əli yaş halda elektrik açarını dövriyyəyə qoşmaq istəyib. Bu zaman onu cərəyan vurub. Xəstə daxil olanda vəziyyəti ağır olub. Ona ilkin tibbi yardım göstərilib və səhərə yaxın xəstəxanadan təxliyyə edilib. Faktla bağlı araşdırma aparılır.