• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 07.12.2023 19:45

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimlər başa çatıb

KepezTV Player

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri başa çatıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi ilə Çanaqqala və Saros körfəzində keçirilən təlim zamanı minalarla mübarizə prosedurları uğurla yerinə yetirilib. Təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edib.