• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 07.12.2023 16:06

Azad edilən ərazilərin sakinləri üçün peşə hazırlığı kursları başlayır

KepezTV Player

Dövlət Məşğulluq Agentliyi Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarına başlayır. Peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir. Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.