• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 07.08.2015 21:13

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

Ölümlə nəticələnən daha bir yol qəzası Xaçmazda qeydə alınıb. Hadisə Xaçmaz-Quba yolunun 11-ci kilometrliyində baş verib. Beyləqan rayon sakini 25 yaşlı Elnur Həsənovun idarə etdiyi “Vaz 21011” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdrmalar davam etdirilir.