• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 07.08.2015 16:56

Oğuzda bədbəxt hadisə yaşanıb

At 9 yaşlı uşağa xəsarət yetirib. Hadisə ötən gecə rayonun Tərkeş kəndində qeydə alınıb. Azyaşlı Qismət İntiqam oğlu Əzizzadə kəskin qarın ağrısı əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun üzərində əməliyyat aparılıb və dalağı çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağırdır.