• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 07.08.2015 16:39

Bir qrup şəxsin Azərbaycanın Dövlət Sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində xüsusi əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə  İran İslam Respublikasından Azərbaycan Respublikasının Dövlət Sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər. Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.