• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2017
— 06.08.2015 17:16

Mingəçevirdə toy mərasimində zəhərlənmə hadisəsi baş verib

Mərasimin başlamasından bir müddət keçdikdən sonra qonaqlardan bəziləri özlərini narahat hiss ediblər. Toy başa çatdıqdan sonra isə özlərini narahat hiss edənlərin sayı artıb. Zəhərləndiklərindən şübhələnən 5 nəfər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müayinələr nəticəsində onların həqiqətən də zəhərləndiyi məlum olub. Xəstəxanaya müraciət edənlərə həkimlər tərəfindən yardım edilib. Onların həyatları üçün təhlükə olmadığından evə buraxılıblar. İlkin ehtimala görə zəhərlənməyə səbəb mərasimdə verilən meyvə şirəsi olub.