• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 06.08.2015 17:25

Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb

Daxil olmuş məlumat əsasında Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə əvvəllər məhkumluq həyatı  yaşamış Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qram tiryək aşkar edilərək götürülüb. Şöbədə ilkin istintaq zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.