• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 23.09.2014 17:57

Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Ötən gün, axşam saatlarında Siyəzən rayonunun Yenikənd kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yenikənd kənd sakini 77 yaşlı  Həsənağa Xələfov “Vaz 21 09” markalı avtomobil tərəfindən vurulub. O, təcili tibbi yardım əməkdaşları tərəfindən Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.