• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 06.08.2015 12:40

Xaçmazda və Qazaxda güclü yanğınlar olub

Xaçmaz rayonu Qaraqurdlu kəndində güclü yanğın olub. Hadisə kənd sakini Vahid Səfərovun fərdi təsərrüfatında baş verib. Ot tayası alışaraq yanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Quba dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı vətəndaşa məxsus 2500-ə yaxın ot bağlaması yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. 

Qazaxda isə bir gündə 350 hektara yaxın ərazi yanıb. Rayonun Cəfərli, Aslanbəyli, Dəmirçilər kəndində alovlanan sahələr kəndliləri xeyli həyacanlandırıb. Hər üç kəndə Qazax Yanğından mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Ərazinin böyük olması yanğınsöndürənlərin işini çətinləşdirsə də, alovu ram etmək mümkün olub. Hadisə zamanı Dəmirçilər və Aslanbəyli kəndlərində 275 hektar biçilmiş taxıl sahəsi alışıb. Alov şiddətləndiyindən Aslanbəyli kənd sakininə məxsus 8 ton ot bağlamasının 4 tonu da yanaraq yarasız hala düşüb. Düşmənlə sərhəd olan Cəfərli kəndində isə bələdiyyəyə məxsus 60 hektar sahədə quru ot və kol-kos yanıb. Adıçəkilən kənddə baş verən yanğın şiddətlənərək yaxınlıqdakə müşə zolağına yaxınlaşsa da, alovun qarşısını almaq mümkün olub. Hər üç kəndə baş verən yanğın zamanı xəsarət alan olmayıb.