• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1553
— 05.08.2015 18:32

Bakıda avtobusla minik maşını toqquşub

Qəza paytaxtın Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsinə baş verib. 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı avtobusla "Volkswagen Passat" markalı minik maşını toqquşub. Qəza nəticəsində "Volksvagenin" sürücüsü, 22 yaşlı Kənan Ağayev ağır, sərnişinləri - 23 yaşlı Bayram Məmmədov və onunla həmyaşıd Leyla Məmmədova yüngül xəsarət alıblar. Yaralılar təcili yardım maşını ilə 3 saylı kliniki şəhər xəstəxanasına çatdırılıblar. Xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin yolu işıqforun qırmızı işığında keçərək digər nəqliyyat vasitəsinin yoluna çıxması səbəb olub. Hadisəni törətmiş sürücü təhlükəsiz şəhər kamerası vasitəsi ilə müəyyən olunacaq. Qəza yerinə evakuator çağırılıb və hər iki maşın cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.