• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 05.08.2015 16:17

Xaçmazda 18 yaşlı gənc dənizdə batıb

Dünən axşam saatlarında Xaçmazda 18 yaşlı gənc dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində qeydə alınıb. Quba rayonunun Ərməki kənd sakini Elvin Kərimov həmin ərazidə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir. Faktla bağlı araşdırmalar aparılır