• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 05.08.2015 17:06

Taksi sürücüsünü avtomobilində qətlə yetirdilər

Paytaxtın Səbail rayonunda avtomobildə naməlum qətl hadisəsi baş verib. Hadisə rayonun Badamdar qəsəbəsi Bəyəoğlu şadlıq sarayının yaxınlığında qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həmid Paşayevin meyidi taksi kimi istifadə etdiyi “Nissan” markalı avtomobilində tapılıb. Operativ hissə olaraq müəmməli qətillə bağlı bəzi informasiyalar əldə edə bildik. Qətli törədən hələlik adı məlum olmayan şəxs “Elmlər akademiyası” metro stansiyası yaxınlığında  Həmid Paşayevin taksi kimi fəaliyyət göstərdiyi maşına minərək hadisənin baş verdiyi əraziyə gəlib.

Ehtimala görə avtomobildə olan naməlum şəxs köməksiz vəziyyətdə olan mərhuma üzərində gəzdirdiyi bıçaqla çoxsaylı zərbələr endirdikdən sonra hadisə yerindən uzaqlaşıb. Çoxlu qan itirən Həmid Paşayev elə avtomobildə dünyasın dəyişib. Hazırda qətli törəndən şəxslə taksi sürücüsünün tanışlığının olub olmaması ilə bağlı araşdırma aparılır.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.