• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 23.09.2014 18:02

Bakıda bir gecədə iki yol qəzası baş verib, xəsarət alanlar var

Paytaxtın Nobel prospektində bir gecədə iki yol qəzası baş verib. 3 minik maşınının və 1 avtobusun iştirak etdiyi qəza nəticəsində iki nəfər xəsarət alıb.

 

Bakının Xətai rayonunda qəza baş verib. Məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza nəticəsində Emil Vəlizadənin idarə etdiyi "Audi" markalı avtomaşınla, Turan Məmmədlinin idarə etdiyi "Volvo" toqquşub. Hadisə nəticəsində sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.  Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Audi"nin sürücüsü səbəb olub. Belə ki, o, beton arakəsməni keçərək qarşı yola çıxıb. Yol polisindən verilən məlumata görə, hər iki sürücü tibbi müayinədən keçirilmək üçün şöbəyə dəvət olunub.

Qəzaya səbəb olan "Audi" markalı avtomobil isə cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib.  Məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Məmədov Seymur Malik oğlu idarə etdiyi  "KİA" markalı avtomobili ilə şəhər istiqamətinə hərkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın dayanacaqda daynan sərnişin avtobusuna çırpılıb. Qəza zamanı "KİA" nın sürücüsü və sərnişi xəsarət alıblar.  Əraziyə təcili yardım maşını çağırılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.

Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən verilən məlumata görə, ilkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.