• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 05.08.2015 19:14

​Lənkəranda minik avtomobili alışaraq yanıb

 Hadisə bu gün günorta saat 1 radələrində Ələt-Astara magistralının  Lənkəranın   Şürük  kəndi ərazisindən keçən  hissəsində baş verib. Kənd sakininə məxsus “VAZ 21 014”  markalı maşın hərəkətdə olarkən avtomobilin arxa hissəsi qəfildən alışıb. Sürücü  xəsarət almadan  vaxtında avtomobili  tərk edə bilib. Yanğın elə ətrafdakı sakinlər tərəfindən söndürülüb. Avtomobilin salon hissəsi də yanıb. Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Yanğının  baş verməsinin dəqiq səbəbləri isə aparılan avtotexniki ekspertiza nəticəsində məlum olacaq.