• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 05.08.2015 18:15

ANAMA ölkə ərazisində hərbi sursat partlayışı olduğunu açıqladı

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik- ANAMA ötən ay ölkə ərazisində bir dəfə hərbi sursat partlayışı qeydə alındığını açıqlayıb. İyulda aparılan təmizləmə əməliyyatlarda 155 müxtəlif partlamamış hərbi sursat aşkarlanaraq, zərərsizləşdirilib. 4 milyon 733 min 250 kvadrat metr ərazi isə yoxlanılıb. Əməliyyatlarda 485 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib. Ümumilkdə isə qurum indiyədək 296 milyon 137 min 250 kvadrat metr ərazi təmizləyib, 689 min 960 mina və digər sursatları taparaq zərərsizləşdirib. Agentlik tərəfindən təmizləmə əməliyyatları 11  rayonda davam etdirilir.