• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4011
— 05.08.2015 15:09

Yay mövsümü ilə əlaqədar Goranboy rayon Baytarlıq İdarəsi reyd keçirib

Reydin məqsədi əhaliyə keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükə törədən ət satışının qarşısını almaq olub. Mütəmadi aparılan yoxlamalarda satışa çıxarılan ətlərdən nümunələr götürülərək müxtəlif xəstəliklərə qarşı  yoxlanılması üçün baytarlıq laboratoriyalarına göndərilib. Həmçinin ət satışı məntəqələrində isti hava şəraitində kəsilmiş ətlərin saxlanılması üçün lazımi şəraitin olmasına da diqqət yetirilib. Bu il rayon baytarları tərəfindən aparılan yoxlamalar zamanı heç bir icazəsi olmadan və baytarlıq nəzarətindən keçmədən qeyri- qanuni fəaliyyət göstərən 11 ət satışı məntəqəsi aşkar edilib. Onların sahibləri inzibati qaydada cərimələnib.